Burundan axan maye rəngindən asılı olaraq müxtəlif problemlərin göstəricisi ola bilər.
Ölkə.Az xəbər verir ki, bu barədə türkiyəli uşaq allergiya-immunologiya mütəxəssisi, uşaq pulmonoloqu Ayşən Bingöl danışıb.
Mütəxəssisin sözlərinə görə, burun mayesinin şəffaf olması normaldır və allergiya və ya soyuqdəymənin başlanğıcı ola bilər.
"Ağ - burun tıxanıqlığı və ya soyuqdəymənin başlanğıcını, sarı - immunitet sisteminin infeksiya ilə mübarizə apardığını, yaşıl – bakterial və ya virus infeksiyası, qəhvəyi – toz, çirklilik və ya qurumuş qanın, boz və ya qara - çirkli hava, tüstü və ya tənəffüs yoluna daxil olan hissəciklərdən xəbər verir", - deyə o əlavə edib.
Billurə