RU

Burundan axan maye rəngindən asılı olaraq nədən xəbər verir? - Pulmonoloq açıqladı

Burundan axan maye rəngindən asılı olaraq müxtəlif problemlərin göstəricisi ola bilər.

Ölkə.Az xəbər verir ki, bu barədə türkiyəli uşaq allergiya-immunologiya mütəxəssisi, uşaq pulmonoloqu Ayşən Bingöl danışıb.

Mütəxəssisin sözlərinə görə, burun mayesinin şəffaf olması normaldır və allergiya və ya soyuqdəymənin başlanğıcı ola bilər.

"Ağ - burun tıxanıqlığı və ya soyuqdəymənin başlanğıcını, sarı - immunitet sisteminin infeksiya ilə mübarizə apardığını, yaşıl – bakterial və ya virus infeksiyası, qəhvəyi – toz, çirklilik və ya qurumuş qanın, boz və ya qara - çirkli hava, tüstü və ya tənəffüs yoluna daxil olan hissəciklərdən xəbər verir", - deyə o əlavə edib.

Billurə
 

Избранный
21
1
olke.az

2Источники