AZ

Vergi ödəyicilərinin sayı 1,7 milyonu ötüb

Bu il may ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 705 min 276 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 5 faiz, hüquqi şəxslərin sayı 6,1 faiz artıb.

May ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 208 min 315 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,7 faiz çoxdur. Aprel ayında 1.341 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,7 faizi yerli, 8,3 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 88,8 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – aprel aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,2 faiz təşkil edib.

2026-cı ilin may ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

XQ

Seçilən
1
9
xalqqazeti.az

10Mənbələr