AZ

Azərbaycanda vergi ödəyicilərinin sayı 1,7 milyonu ötüb

Bu ilin may ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 705 min 276 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

 Dövlət Vergi Xidməti xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 5 faiz, hüquqi şəxslərin sayı 6,1 faiz artıb.

    May ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 208.315 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,7 faiz çoxdur.

    Cari ilin aprel ayında 1.341 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,7 faizi yerli investisiyalı, 8,3 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 88,8 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – aprel aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,2 faiz təşkil edib.

    2026-cı ilin may ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

    Seçilən
    1
    8
    banco.az

    9Mənbələr