AZ

"McDonald'sla bu iki şirkət bağlana bilər

Yaxın Şərqdə davam edən müharibə dünya iqtisadiyyatına və iri şirkətlərin fəaliyyətinə ciddi təsir göstərməyə başlayıb.

Musavat.com "Röyters" agentliyinə istinadən xəbər verir ki, münaqişə səbəbindən indiyədək ən azı 279 qlobal şirkət maliyyə itkisi ilə üzləşib.

Məlumata əsasən, zərər çəkən şirkətlər arasında Toyota, Procter & Gamble və McDonald's kimi nəhəng brendlər də yer alır. Artan enerji qiymətləri, təchizat zəncirində yaranan problemlər və ticarət marşrutlarının pozulması şirkətləri fövqəladə addımlar atmağa məcbur edib.

Bir sıra şirkətlər məhsul qiymətlərini artırıb, istehsalı azaldıb, dividend və səhmlərin geri alınması proqramlarını dayandırıb. Bəzi müəssisələr isə işçiləri ödənişsiz məzuniyyətə göndərərək hökumətlərdən təcili maliyyə dəstəyi istəyib.

"Röyters"in qiymətləndirməsinə görə, müharibənin qlobal biznesə vurduğu ümumi zərər artıq 25 milyard dolları ötüb və bu rəqəmin artacağı gözlənilir. Ən böyük zərbə isə aviasiya sektoruna dəyib – aviaşirkətlərin itkilərinin 15 milyard dollardan çox olduğu bildirilir.

Müqayisə üçün qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tarif artımları şirkətlərə təxminən 35 milyard dollara başa gəlib. Ekspertlər hesab edir ki, Yaxın Şərqdə gərginlik davam edərsə, iqtisadi təsirlərin ilin ikinci yarısında daha qabarıq hiss olunacağı istisna edilmir.

Afaq,
Musavat.com

Seçilən
32
30
musavat.com

10Mənbələr