AZ

Alimlər belə bu nəticəni gözləmirdi Bu 16 qəpiklik məhsul ömrə ömür qatır

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hər gün süfrələrin bəzəyi olan yumurta haqqında illərdir davam edən xolesterin qorxusuna son qoyulub. 2025-ci ildə aparılan genişmiqyaslı elmi tədqiqat bu sadə qidanın insan ömrünə gözlənilməz təsirini üzə çıxarıb.Demokrat.az xəbər verir ki, Melburn İctimai Sağlamlıq və Profilaktik Tibb Məktəbinin alimləri 70 yaşdan yuxarı şəxslər üzərində apardıqları araşdırmada sensasiyalı faktlar aşkarlayıblar. Məlum olub ki, həftə ərzində 1-6 ədəd yumurta istehlak edən insanlarda ürək-damar xəstəliklərindən ölüm riski 29 faiz azalır. Ümumi ölüm riskinin isə 17 faiz aşağı düşdüyü müəyyən edilib. Maraqlıdır ki, həftəlik normanı 7-dən yuxarı qaldırmaq əlavə bir fayda təmin etmir, buna görə də alimlər balansın qorunmasını vacib sayırlar.Tədqiqatçılar bildirirlər ki, yumurta xüsusilə yaşlı nəsil üçün əvəzolunmazdır. Çünki bu məhsul əzələ itkisinin qarşısını alan keyfiyyətli zülalla zəngindir. Həmçinin tərkibindəki xolin maddəsi beyin fəaliyyətini və yaddaşı gücləndirir. Artıq yumurta qorxulu qida deyil, sağlam və uzun ömrün açarlarından biri hesab olunur.Yəni, yeni araşdırmalar sübut edir ki, həftədə bir neçə yumurta yemək ürəyi qoruyur və ömrü uzadır, əsas odur ki, normanı aşmayasınız.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
30
demokrat.az

10Mənbələr