AZ

Etmənistanda siyasi qarşıdurma dərinləşir - əsəblər taıma çəkilib

 

Ermənistanın baş naziri Paşinyan İrəvanda seçki təbliğatı zamanı Qarabağdan olan erməni ilə dalaşıb. Qarabağdan İrəvana gəlmiş Artur Osipyan küçədə Paşinyana yaxınlaşıb və onu ittiham etməyə başlayıb. Paşinyanla sual -cavab şəklində davam edən dialoq sonucda baş nazirin qəzəbli mesajı ilə yekunlaşıb.

 "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Müsavat.com-a açıqlamasında Ermənistanda qarşıdan gələn parlament seçkilərinin kifayət qədər gərgin ictimai-siyasi atmosfer formalaşdırdığını qeyd edib: "Baş nazir Nikol Paşinyanla revanşist və radikal qüvvələr arasında münasibətlər daha da kəskinləşib. Mövcud siyasi qarşıdurmanın seçki dönəmində daha sərt mərhələyə keçməsi ehtimalı da istisna edilmir. Paşinyan yenidən hakimiyyətdə qala bilməyəcəksə, radikal və revanşist dairələrin ona qarşı daha sərt addımlar atmağa, qisas almağa çalışacağı gözlənilir. Bu çərçivədə müxtəlif ittihamlarla onun məhkəmə məsuliyyətinə cəlb olunması, siyasi təzyiqlərlə üzləşməsi və ya hüquqi prosedurlar vasitəsilə sıxışdırılması cəhdləri mümkündür”.

Siyasi şərhçi Ermənistanın siyasi tarixində parlamentdə silahlı insidentlərin baş verməsi də ölkədə siyasi mübarizənin zaman-zaman təhlükəli mərhələlərdən keçdiyini göstərir.

Digər tərəfdən, Paşinyanın seçkilərdə məğlub olması halında onun dövlət mühafizəsi və siyasi toxunulmazlıq imkanlarının zəifləməsi ehtimalı var. Belə vəziyyətdə ona qarşı həm siyasi, həm də ictimai təzyiqlərin artması, radikal dairələrin müxtəlif təsir vasitələrindən istifadə etməyə çalışması mümkün görünür".

Afaq Mirayiq,
Musavat.com

 

 

Seçilən
0
46
musavat.com

10Mənbələr