Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Məzahir Əfəndiyev mayın 19-da Tacikistan Respublikasının Düşənbə şəhərinə səfər edəcəklər.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində deputatlarımız “Parlament fəaliyyətləri vasitəsilə iqlim dəyişikliyi və dayanıqlı inkişafın həlli” mövzusunda Avrasiya parlamentləri üçün keçiriləcək regional seminarda iştirak edəcək, müzakirəyə çıxarılacaq məsələlərə öz mövqelərini bildirəcəklər.
Səfər mayın 23-də başa çatacaq.
Süleyman