Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Məzahir Əfəndiyev mayın 19-da Tacikistanın Düşənbə şəhərinə səfər edəcəklər.
Bu barədə "Far.Az"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində deputatlar "Parlament fəaliyyətləri vasitəsilə iqlim dəyişikliyi və dayanıqlı inkişafın həlli" mövzusunda Avrasiya parlamentləri üçün keçiriləcək regional seminarda iştirak edəcək, müzakirəyə çıxarılacaq məsələlərə öz mövqelərini bildirəcəklər.
Səfər mayın 23-də başa çatacaq.