ain.az, Milli.az portalına istinadən məlumat verir.
Polşanın Bielsko-Biala şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.
Milli.Az xəbər verir ki, son yarış günündə milli komanda aktivinə daha 5 medal yazdırıb. Cüdoçular 2 gümüş və 3 bürünc mükafat qazanıblar.
Sadiq Məmmədov (-73 kq) və Ayxan Həsənli (-81 kq) yarışı ikinci pillədə tamamlayaraq gümüş medala sahib çıxıblar. Yusuf Nəzər (-73 kq), Yaqub Məmmədov (-81 kq) və Nurəddin Əliyev (-90 kq) isə bürünc medal əldə ediblər.
Xatırladaq ki, ilk yarış günündə İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) qızıl, İlkin Qarayev (-66 kq) və Zəhra Quliyeva (-40 kq) gümüş, Nihad Ağayev (-50 kq), Rza Xəlilli (-55 kq), Mehman Əsgərov (-60 kq) və Pərvin Sevxanlı (-44 kq) bürünc medala yiyələniblər.
Azərbaycan yığması turniri 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.Milli.Az
.jpg)
.jpg)
.jpg)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.