İranın Buşehr vilayətində sərnişin avtobusu aşıb.
Hakimiyyet.az xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Qəza vilayətin Bəndər Kəngan şəhərində baş verib.
Məlumata görə, Asəluye-Kəngan marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Siraf körpüsü yaxınlığında idarəetmədən çıxaraq aşıb.
Yaralılara hadisə yerində ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.(qafqazinfo)