AZ

İranda avtobus aşdı - Ölənlər var

İranın Buşehr vilayətində sərnişin avtobusu aşıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Qəza vilayətin Bəndər Kəngan şəhərində baş verib.

Məlumata görə, Asəluye-Kəngan marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Siraf körpüsü yaxınlığında idarəetmədən çıxaraq aşıb.

Yaralılara hadisə yerində ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az" 

 

Seçilən
0
4
cebheinfo.az

5Mənbələr