ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndələrinin BƏƏ-ni İranla müharibəyə daha fəal müdaxilə etməyə çağırdıqları bildirilir.
Musavat.com xəbər verir ki, Britaniyanın The Telegraph qəzeti Vaşinqtondakı bəzi dairələrin BƏƏ-nin İranın strateji əhəmiyyət daşıyan Lavan adasını ələ keçirməsini istədiyini yazıb.
Məlumata görə, ada müharibə zamanı BƏƏ tərəfindən hücuma məruz qalıb.
Qeyd olunur ki, Lavan adası İranın ən böyük neft terminallarından biridir və ölkənin enerji ixracında mühüm rol oynayır. Ada, Xark adası ilə birlikdə İranın əsas enerji mərkəzlərindən hesab olunur.
Musavat.com