AZ

​Çoban təsadüfən gizli baza tapdı: Tehran əməliyyatlarının pərdəarxası üzə çıxdı

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrail bir ildən artıq müddətdir İraqın qərbindəki səhra bölgələrində yerləşən ən azı iki gizli hərbi bazadan İrana qarşı əməliyyatlar üçün gizlicə istifadə edib.

"AzPolitika" xəbər verir ki, bu barədə “The New York Times” qəzeti İraq və region rəsmilərinə istinadən bildrib.

Məlumata görə, bazalardan biri 2025-ci ilin iyun ayında Tehrana qarşı baş vermiş 12 günlük müharibə zamanı yanacaqdoldurma, aviasiya dəstəyi və tibbi yardım üçün istifadə olunub. İsrail gələcək münaqişələr üçün uzaq sahələri seçərək, obyektlərin hazırlanmasına hələ 2024-cü ilin sonlarında başlayıb.

Bazalardan birinin mövcudluğu 29 yaşlı çoban Avad əş-Şəmmarinin ölümündən sonra məlum olub. Yaxınlarının və yerli hərbçilərin sözlərinə görə, o, Ən-Nuhayb yaxınlığındakı səhrada təsadüfən helikopterlər, əsgərlər və uçuş-enmə zolağı olan düşərgə aşkar edib və bu barədə İraq hərbçilərinə məlumat verib.

Gizli bazalar barədə məlumatın üzə çıxması İraqda böyük rezonans doğurub və Bağdadın öz ərazisi üzərindəki nəzarətini sual altına qoyub. İraq parlamentariləri hakimiyyəti səssiz qalmaqda və ölkənin suverenliyini pozmaqda ittiham edərək, təhqiqat aparılmasını tələb ediblər. 

Mənbələr iddia edir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM), çox güman ki, İsrailin İraqdakı mövcudluğundan xəbərdar olub, lakin rəsmi olaraq həm Vaşinqton, həm də Bağdad obyektlərin mövcudluğunu təsdiqləməkdən imtina edib.

"AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azpolitika.info

5Mənbələr