AZ

İraqda ŞOK HADİSƏ: Çoban təsadüfən İsrailin gizli hərbi bazasını tapdı və ÖLDÜRÜLDÜ

İsrail bir ildən çoxdur ki, İrana qarşı əməliyyatlarda İraqın qərbindəki səhra bölgələrində yerləşən ən azı iki gizli hərbi bazadan gizlicə istifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti İraq və region rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, həmin bazalardan biri 2025-ci ilin iyununda Tehrana qarşı aparılan 12 günlük müharibə zamanı yanacaqdoldurma, aviasiya dəstəyi və tibbi yardım məqsədilə istifadə olunub.

İsrail gələcək münaqişələri nəzərə alaraq, hələ 2024-cü ilin sonlarında uzaq ərazilərdə bu obyektlərin hazırlanmasına başlayıb.

Bazalardan birinin mövcudluğu 29 yaşlı çoban Avad əş-Şəmmarinin ölümündən sonra üzə çıxıb. Yaxınlarının və yerli hərbçilərin sözlərinə görə, o, Əl-Nuhayb yaxınlığındakı səhrada təsadüfən helikopterlər, əsgərlər və uçuş-enmə zolağı olan düşərgəyə rast gəlib və bu barədə İraq hərbçilərinə məlumat verib. Qısa müddət sonra çobanın avtomobili naməlum qüvvələr tərəfindən atəşə tutularaq yandırılıb. Bu hücumun İsrail xüsusi təyinatlı bölməsi tərəfindən törədildiyi ehtimal olunur. Hadisədən bir gün sonra isə eyni ərazidə İraqın kəşfiyyat qrupu da atəşə məruz qalıb.

Gizli bazalar barədə məlumatların ifşası İraqda böyük rezonans doğurub və Bağdadın öz ərazilərinə nəzarət imkanlarını sual altına qoyub.

İraq parlamentinin deputatları hökuməti səssiz qalmaqda və ölkənin suverenliyini pozmaqda ittiham edərək təhqiqat aparılmasını tələb ediblər. Mənbələr ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) İsrailin İraqdakı fəaliyyətindən böyük ehtimalla xəbərdar olduğunu bildirsələr də, rəsmi Vaşinqton və Bağdad bu obyektlərin mövcudluğunu təsdiqləməkdən imtina edib.

Musavat.com

Seçilən
28
3
musavat.com

5Mənbələr