“Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeş Premyer Liqa rekordunu təkrarlayıb.
QOL.az xəbər verir ki, portuqaliyalı futbolçu 37-ci turda “Nottinqem Forest”lə oyunda mövsümdəki 20-ci məhsuldar ötürməsini edib.
Beləliklə, Fernandeş Premyer Liqa tarixində bir mövsümdə 20 məhsuldar ötürmə edən üçüncü futbolçu olub. Bundan əvvəl bu göstəriciyə yalnız Tyerri Anri (2002/2003 mövsümü) və Kevin De Bruyne (2019/2020 mövsümü) nail olub.