AZ

Fernandeş Kriştianu Ronaldunun da rekordunu təkrarladı, Məsut Özilin də

Fanat saytına istinadən ain.az xəbər verir.

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 34-cü turunda " Brentford"u 2:1 hesabı ilə məğlub edib.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, matç "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Brunu Fernandeş üçün əlamətdar olub.

Brunu bir məhsuldar ötürmə edib ki, bu da onun Premyer Liqanın cari mövsümündə 19-cu asisti olub.

Beləliklə, 31 yaşlı portuqaliyalı Premyer Liqa oyunlarında "Mançester Yunayted"də 140 qolun vurulmasında pay sahibi olub və bu göstərici ilə klubda olduğu müddətdə 103 qol vuran və 37 məhsuldar ötürmə edən həmyerlisi Kriştianu Ronalduya çatıb.

Brunu həmçinin Mesut Özilin Premyer Liqada bir mövsümdə məhsuldar ötürmə sayına görə rekorduna çatıb. O, Tyerri Anri və Kevin de Brüynenin rekord göstəricilərindən bir məhsuldar ötürmə geri qalır. 

Fernandeş bu mövsüm bütün yarışlarda 33 oyunda iştirak edib, 8 qol vurub və 20 məhsuldar ötürmə edib.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
22
fanat.az

10Mənbələr