AZ

Zəvvarlarımız Həcc ziyarətinə yola düşdü

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün ilk zəvvar qrupları Azərbaycandan Həcc ziyarətinə yola düşüb.

Bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

O bildirib ki, ümumilikdə zəvvarları Həcc ziyarətinə 7 təyyarə aparacaq. Sonuncu zəvvar təyyarəsi mayın 21-də Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxacaq.

"Hər təyyarədə 4 zəvvar qrupu olmaqla 180 nəfər olacaq", - o vurğulayıb.

Qeyd edək ki, Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
6
modern.az

7Mənbələr