BAKI, 17 may. TELEQRAF
Bu gün ilk zəvvar qrupları Azərbaycandan Həcc ziyarətinə yola düşüb.
Bu barədə Teleqraf-a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, ümumilikdə zəvvarları Həccə ziyarətinə 7 təyyarə aparacaq. Sonuncu zəvvar təyyarəsi mayın 21-də Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxacaq.
"Hər təyyarədə 4 zəvvar qrupu olmaqla 180 nəfər olacaq", - o vurğulayıb.
Qeyd edək ki, Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.