AZ

“Qarabağ” AL-də mübarizəyə hansı mərhələdən başlayaq?

“Qarabağ” Avropa Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bu raundun püşkü iyunun 16-da atılacaq, oyunları isə iyulun 9-da və 16-da keçiriləcək.

Xatırladaq ki, premyer-liqasının 32-ci turunda “İmişli”ni 3 cavabsız qolla məğlub edən “Qarabağ”ın (66 xal) mövsümü 2-ci pillədə başa vuracağı dəqiqləşib. Bu gümüş medal klub tarixinə Azərbaycan çempionatlarında 20-ci mükafat kimi düşüb. 12 “qızıl” və 3 “bürünc”ü olan “Qarabağ” 5-ci dəfə "gümüş"ə sahib çıxıb.

Seçilən
2
2
football-plus.az

3Mənbələr