AZ

Avropa Liqası: Qarabağ ın mübarizəyə hansı mərhələdən başlayacağı bəlli olub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 may, AZƏRTAC

"Qarabağ" UEFA Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Bu raundun püşkü iyunun 16-da atılacaq, oyunları isə iyulun 9-da və 16-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XXXII turunda “İmişli”ni 3 cavabsız qolla məğlub edən "Qarabağ"ın (66 xal) mövsümü 2-ci pillədə başa vuracağı dəqiqləşib. Bu gümüş medal klub tarixinə Azərbaycan çempionatlarında 20-ci mükafat kimi düşüb. 12 "qızıl" və 3 "bürünc"ü olan “Qarabağ” 5-ci dəfə "gümüş"ə sahib çıxıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
2
azertag.az

3Mənbələr