AZ

"Şerlok Holms"un dostu "Vatson" vəfat edib

"Şerlok Holms"un dostu "Vatson" vəfat edibMəşhur "Şerlok Holmsun macəraları" serialında "Doktor Vatson" rolu ilə tanınan britaniyalı aktyor Devid Byork 92 yaşında vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Sun" nəşri aktyorun agentinə istinadən məlumat verib.

Aktyorun ölüm səbəbi onun nümayəndələri tərəfindən açıqlanmayıb.

Devid Byork 1934-cü ildə Liverpulda anadan olub. O, 1960-cı ildə Kral Dram Sənəti Akademiyasını bitirib. Məzun olduqdan sonra aktyor Bristolun "Old Vik", Krallığın "Litseum" teatrlarında çıxış edib, həmçinin Krallığın "Şekspir" şirkətində və Milli Teatrda çalışıb.

1960-cı illərin əvvəllərində kino və televiziyada çəkilməyə başlayıb. Onun filmoqrafiyasına "Rivyera polisi", "Sakit-sakit", "Dok Qrindən olan Dikson" və "Muşketyorlar" layihələri daxildir.

Aktyora ən böyük məşhurluğu 1984-cü ildə ekranlara çıxan "Şerlok Holmsun macəraları" serialında "Doktor Vatson" rolu qazandırıb. O, həmçinin BBC-nin istehsalı olan "Şerlok Holms"un televiziya adaptasiyasında da rol alıb.

Seçilən
1
7
sonxeber.az

8Mənbələr