AZ

"Şerlok Holms"un dostu "Vatson" vəfat edib

Məşhur "Şerlok Holmsun macəraları" serialında "Doktor Vatson" rolu ilə tanınan britaniyalı aktyor Devid Byork 92 yaşında vəfat edib.

News365.az xəbər verir ki, bu barədə "The Sun" nəşri aktyorun agentinə istinadən məlumat verib.

Aktyorun ölüm səbəbi onun nümayəndələri tərəfindən açıqlanmayıb.

Devid Byork 1934-cü ildə Liverpulda anadan olub. O, 1960-cı ildə Kral Dram Sənəti Akademiyasını bitirib. Məzun olduqdan sonra aktyor Bristolun "Old Vik", Krallığın "Litseum" teatrlarında çıxış edib, həmçinin Krallığın "Şekspir" şirkətində və Milli Teatrda çalışıb.

1960-cı illərin əvvəllərində kino və televiziyada çəkilməyə başlayıb. Onun filmoqrafiyasına "Rivyera polisi", "Sakit-sakit", "Dok Qrindən olan Dikson" və "Muşketyorlar" layihələri daxildir.

Aktyora ən böyük məşhurluğu 1984-cü ildə ekranlara çıxan "Şerlok Holmsun macəraları" serialında "Doktor Vatson" rolu qazandırıb. O, həmçinin BBC-nin istehsalı olan "Şerlok Holms"un televiziya adaptasiyasında da rol alıb.

Seçilən
1
5
news365.az

6Mənbələr