AZ

Erlinq Holan cizgi filmində vikinq Holanı səsləndirəcək


“Mançester Siti”nin hücumçusu Erlinq Holan norveçli rejissor Harald Tsvartın “ViQueens” cizgi filmininin səsləndirilməsində iştirak edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, idmançı Holan adlı vikinq obrazını səsləndirəcək.
Cizgi filminin süjeti Norveçdən Çinə qədər buzlu fyordlardan keçərək “İpək Yolu” boyunca möhtəşəm səyahətə çıxan Hedviq və İnqrid adlı iki vikinq-qızın macəraları ətrafında cərəyan edir.
Vikinq-qızların səsləndirilməsində müğənni Rita Ora və aktrisa Ella Purnell iştirak edəcək.
Seçilən
7
2
yeniavaz.com

3Mənbələr