AZ

Erlinq Holan cizgi filmində Vikinqi səsləndirəcək

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

“Mançester Siti”nin hücumçusu Erlinq Holan norveçli rejissor Harald Tsvartın “ViQueens” cizgi filmininin səsləndirilməsində iştirak edəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, idmançı Holan adlı vikinq obrazını səsləndirəcək.

Cizgi filminin süjeti Norveçdən Çinə qədər buzlu fyordlardan keçərək “İpək Yolu” boyunca möhtəşəm səyahətə çıxan Hedviq və İnqrid adlı iki vikinq-qızın macəraları ətrafında cərəyan edir.

Vikinq-qızların səsləndirilməsində müğənni Rita Ora və aktrisa Ella Purnell iştirak edəcək.

Animasiya filminin premyerası 2026-cı ilin sonuna planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
yeniavaz.com

3Mənbələr