AZ

Xocalı rayonuna qayıdan daha 41 ailəyə açarlar təqdim edilib - YENİLƏNİB-2

Xocalı rayonunun altı kəndinə köçürülən ümumilikdə 41 ailəyə evlərinin açarları təqdim edilib.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, sakinlər açarların təqdim olunması mərasimində mina təhlükəsizliyi barədə ətraflı məlumatlandırılıblar.

Qeyd edək ki, bu mərhələdə Badaraya 10 (33 nəfər), Təzəbinəyə 10 (60 nəfər), Xanabada 9 (33 nəfər), Ballıcaya 4 (22 nəfər), Xanyurduna 4 (18 nəfər), Daşbulaq kəndinə isə 4 ailə (13 nəfər) köçürülüb.

Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə yola salınan köç karvanları Xocalı şəhərinə çatıb.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, ailələri burada Xankıəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentinin xüsusi nümyəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankıəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə xidmətini əməkdaşları qarşılayıblar.

Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə növbəti köç karvanları yola salınıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Badaraya 10 (33 nəfər), Təzəbinəyə 10 (60 nəfər), Xanabada 9 (33 nəfər), Ballıcaya 4 (22 nəfər), Xanyurduna 4 (18 nəfər), Daşbulaq kəndinə isə 4 ailənin (13 nəfər) daimi qayıdışı təmin edilib.

Seçilən
15
4
far.az

10Mənbələr