AZ

Xocalının altı kəndinə daha 41 ailə yola salınıb - YENİLƏNİB

Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə yola salınan köç karvanları Xocalı şəhərinə çatıb.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, ailələri burada Xankıəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentinin xüsusi nümyəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xankıəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə xidmətini əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, bu mərhələdə Xocalı rayonunun Badara kəndinə 10 ailə (33 nəfər), Təzəbinə kəndinə 10 ailə (60 nəfər), Xanabad kəndinə 9 ailə (33 nəfər), Ballıca kəndinə 4 ailə (22 nəfər), Xanyurdu kəndinə 4 ailə (918 nəfər), Daşbulaq kəndinə isə 4 ailə (13 nəfər) köçürülüb.

12:55

Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə növbəti köç karvanları yola salınıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Badaraya 10 (33 nəfər), Təzəbinəyə 10 (60 nəfər), Xanabada 9 (33 nəfər), Ballıcaya 4 (22 nəfər), Xanyurduna 4 (18 nəfər), Daşbulaq kəndinə isə 4 ailənin (13 nəfər) daimi qayıdışı təmin edilib.

Seçilən
22
3
turkustan.az

10Mənbələr