1-ci Liqada çempion müəyyənləşib.


Rekord.az xəbər verir ki, “Şəfa” mövsümün sonuna 1 tur qalmış 1-ci yeri təmin edib.


Paytaxt təmsilçisi buna 26-cı turda nail olub. “Şəfa” öz meydanında “Cəbrayıl”a qalib gəlib – 1:0. Bununla da xallarının sayını 57-yə çatdıran Bakı klubu izləyiciləri üçün əlçatmaz olub. Bununla da “Şəfa” qızıl medalları və Premyer Liqaya vəsiqəni təmin edib.


İlk dəfə 1-ci Liqanın qalibi olan “Şəfa” əvvəllər Birinci dəstə və 1-ci Divizion adlarını da daşıyan turnirdə çempionluq yaşayan 27-ci komandadır. Bunadək 26 klub belə uğur əldə edib. “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan”, “Qəbələ”  və “Turan Tovuz” iki, digər komandaların bir qızıl medalı var.


1993/94 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/98, 1998/99, 2002/03 mövsümlərində yarış keçirilməyib.


1-ci Liqanın qalibləri


1992. ANS Pivani (Bakı)


1993. Xəzri


1993/94. Azneftyağ və Zabrat


1994/95. Şəmkir


1995/96. Xəzər (Sumqayıt)


1996/97. Göyçay


1999/2000. Şahdağ (Quba)


2000/01. MOİK


2001/02. Lokomotiv


2003/04. Gənclərbirliyi


2004/05. Şüvəlan


2005/06. Qəbələ


2006/07. Masallı


2007/08. Bakılı


2008/09. ABN


2009/10. Kəpəz


2010/11. Abşeron


2011/12. Qaradağ Lökbatan


2012/13. Ağsu


2013/14. Araz Naxçıvan


2014/15. Neftçala


2015/16. Neftçala


2016/17. Turan Tovuz


2017/18. Xəzər (Bakı)


2018/19. MOİK


2019/20. Turan Tovuz


2020/21. Neftçi-2


2021/22. Qaradağ Lökbatan


2022/23. Araz Naxçıvan


2023/24. Şamaxı


2024/25. Qəbələ


2025/26. Şəfa


Qeyd: Turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.