Futbol üzrə Azərbaycan I Liqasında çempion müəyyənləşib. Metbuat.az-ın məlumatına görə, "Şəfa" mövsümün sonuna 1 tur qalmış 1-ci yeri təmin edib.Paytaxt təmsilçisi buna XXVI turda nail olub. "Şəfa" öz meydanında "Cəbrayıl"a qalib gəlib – 1:. Bununla da xallarının sayını 57-yə çatdıran Bakı klubu izləyiciləri üçün əlçatmaz olub. Bununla da "Şəfa" qızıl medalları və Premyer Liqaya vəsiqəni təmin edib.İlk dəfə I Liqanın qalibi olan "Şəfa" əvvəllər Birinci dəstə və I Divizion adlarını da daşıyan turnirdə çempionluq yaşayan 27-ci komandadır. Bunadək 26 klub belə uğur əldə edib. "Araz Naxçıvan", MOİK, "Neftçala", "Qaradağ Lökbatan", "Qəbələ" və "Turan Tovuz" iki, digər komandaların bir qızıl medalı var.Qeyd edək ki, 1993/1994 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/1998, 1998/1999, 2002/2003 mövsümlərində yarış keçirilməyib.I Liqanın qalibləri:1992. ANS Pivani (Bakı)1993. Xəzri1993/94. Azneftyağ və Zabrat1994/95. Şəmkir1995/96. Xəzər (Sumqayıt)1996/97. Göyçay1999/2000. Şahdağ (Quba)2000/01. MOİK2001/02. Lokomotiv2003/04. Gənclərbirliyi2004/05. Şüvəlan2005/06. Qəbələ2006/07. Masallı2007/08. Bakılı2008/09. ABN2009/10. Kəpəz2010/11. Abşeron2011/12. Qaradağ Lökbatan2012/13. Ağsu2013/14. Araz Naxçıvan2014/15. Neftçala2015/16. Neftçala2016/17. Turan Tovuz2017/18. Xəzər (Bakı)2018/19. MOİK2019/20. Turan Tovuz2020/21. Neftçi-22021/22. Qaradağ Lökbatan2022/23. Araz Naxçıvan2023/24. Şamaxı2024/25. Qəbələ2025/26. ŞəfaQeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.