AZ

"Neftçi" bu gün iki oyun keçirəcək - Dünya Seriyası

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Çinin Şanxay şəhərində keçiriləcək Dünya Seriyasının mərhələsində bu gün mübarizəyə start verəcək.

"Football-plus.az" xəbər verir ki, komanda iki görüş keçirəcək.

"Ağ-qaralar" əvvəlcə Taylandla üz-üzə gələcək. Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv ikinci görüşdə Niderlandın "Amsterdam" komandası ilə münasibətlərə aydınlıq gətirəcək.

Dünya Seriyasının Şanxay mərhələsinə sabah yekun vurulacaq.

Seçilən
1
7
football-plus.az

7Mənbələr