ain.az, Cebheinfo saytına istinadən bildirir.
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Çinin Şanxay şəhərində keçiriləcək Dünya Seriyasının mərhələsində bu gün mübarizəyə start verəcək.
"Cebheinfo.az" xəbər verir ki, komanda iki görüş keçirəcək.
"Ağ-qaralar" əvvəlcə Taylandla üz-üzə gələcək.
Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv ikinci görüşdə Niderlandın "Amsterdam" komandası ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.