AZ

“Bavariya” Manuel Noyerlə yeni müqavilə imzalayıb

Bakı, 15 may, AZƏRTAC

Almaniyanın “Bavariya” klubu Manuel Noyerlə yeni müqavilə imzalayıb.

AZƏRTAC Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı qolkiperin sözləşməsinin müddəti 2027-ci ilin yayına kimi uzadılıb.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”nın formasını geyinir. Təcrübəli qapıçı komanda ilə 13 dəfə Almaniya çempionu olub, 2 dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

Seçilən
49
7
azertag.az

8Mənbələr