AZ

“Bavariya” Noyerlə razılıq əldə edib

Yazını böyüt
Yazını kiçilt

Almaniyanın “Bavariya” klubu qapıçısı Manuel Noyerlə yeni müqavilə barədə razılığa gəlib.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı qolkiperin sözləşməsinin müddəti 2027-ci ilin yayına kimi uzadılacaq.

Tərəflər arasında tam razılıq əldə olunub. Noyerin illik maaşının isə təxminən 20 milyon avroyadək azaldıldığı bildirilib.

Müqavilənin mayın 16-da Bundesliqada “Köln”ə qarşı keçiriləcək mövsümün son ev matçına qədər imzalanacağı gözlənilir.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”nın formasını geyinir. Təcrübəli qapıçı komanda ilə 13 dəfə Almaniya çempionu olub, 2 dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

Seçilən
85
7
hafta.az

8Mənbələr