ain.az bildirir, Axar.az portalına istinadən.
Ukrayna ordusu Xarkov vilayətinin Otradnoye yaşayış məntəqəsini azad edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 129-cu əlahiddə mexanikləşdirilmiş briqadasından məlumat verilib.
“Planlaşdırılmış əməliyyat nəticəsində Ukrayna ordusu Xarkov vilayətinin Dvureçanski rayonunun Otradnoye kəndini təmizləyərək onu və ətraf ərazini nəzarətlərinə qaytarıb”, - məlumatda qeyd olunub.
Bildirilib ki, ordu bölmələri hücum əməliyyatları nəticəsində rusları meşə zolaqlarından, möhkəmləndirilmiş mövqelərdən və dayaq məntəqələrindən çıxarıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.