AZ

Ukrayna ordusu bu kəndi azad etdi

Ukrayna ordusu Xarkov vilayətinin Otradnoye yaşayış məntəqəsini azad edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 129-cu əlahiddə mexanikləşdirilmiş briqadasından məlumat verilib.

“Planlaşdırılmış əməliyyat nəticəsində Ukrayna ordusu Xarkov vilayətinin Dvureçanski rayonunun Otradnoye kəndini təmizləyərək onu və ətraf ərazini nəzarətlərinə qaytarıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, ordu bölmələri hücum əməliyyatları nəticəsində rusları meşə zolaqlarından, möhkəmləndirilmiş mövqelərdən və dayaq məntəqələrindən çıxarıb.

Seçilən
16
1
konkret.az

2Mənbələr