ABŞ Prezidenti Donald Tramp Çin ilə münasibətlərin əvvəlkindən daha güclü və yaxşı olacağına ümid etdiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.
Amerika lideri Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ-ı tənəzzüldə olan bir ölkə kimi çox zərif şəkildə təsvir etdiyi bir versiya təqdim edib:
"Çin lideri (keçmiş ABŞ prezidenti – Qeyd) yuxulu Co Bayden və onun administrasiyasının vurduğu inanılmaz ziyana işarə edirdi və o, bu barədə 100% haqlıdır. Si Cinpin ABŞ-nin Tramp administrasiyasının ilk 16 ayında gördüyü inanılmaz artımdan bəhs etmirdi. Əslində, Si Cinpin məni qısa müddətdə əldə etdiyim inanılmaz uğur münasibətilə təbrik etdi. İki il əvvəl ölkəmiz həqiqətən tənəzzülə uğramışdı və bu məsələdə mən sədr Si Cinpinlə tamamilə razıyam. Amma hazırda ABŞ dünyanın ən isti ölkəsidir və ümid edirəm ki, Çinlə münasibətlərimiz əvvəlkindən daha güclü və daha yaxşı olacaq".