ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin sədri Si Cinpin Pekinin İrana hərbi texnika tədarük etməyəcəyini vəd edib.

Leqal.info xəbər verir ki, “Fox News” telekanalına müsahibəsində Tramp deyib ki, bu məsələ Si Cinpinlə danışıqlarda müzakirə olunub.

“O dedi ki, hərbi texnika tədarük etməyəcək. Bu, çox ciddi bəyanatdır”, – deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin qeyd edib ki, Çin eyni zamanda İrandan neft almağa davam etmək niyyətindədir.

Leqal.info