Donald Tramp İranla münaqişənin nizamlanması məsələsində Çin sədri Si Cinpindən kömək istəməyib.
BAKU.WS xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "NBC News" telekanalına müsahibəsində deyib.
"Biz Çindən kömək istəmirik. Onların köməyinə ehtiyacımız yoxdur", – deyə Rubio əlavə edib.
Tramp və Si Cinpin arasında keçirilən danışıqların məzmununa toxunan Rubio qeyd edib ki, ABŞ prezidenti çinli həmkarından heç nə xahiş etməyib.