ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin nizamlanması məsələsində Çin sədri Si Cinpindən kömək istəməyib.
News365.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "NBC News" telekanalına müsahibəsində bildirib.
“Biz Çindən kömək istəmirik. Onların köməyinə ehtiyacımız yoxdur”, – deyə Rubio bildirib.
Tramp və Si Cinpin arasında keçirilən danışıqların məzmununa toxunan Rubio vurğulayıb ki, ABŞ prezidenti çinli həmkarından heç nə xahiş etməyib.