AZ

Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb

Tikinti sektorunda etibarı və keyfiyyəti ilə seçilən "Kristal" və peşəkar daşınmaz əmlak həlləri təqdim edən "REA" Daşınmaz Əmlak Agentliyi əməkdaşlığa imza atıb.

Bu əməkdaşlıq çərçivəsində "REA", "Kristal"ın tikintisi və təhvili tamamlanmış layihələrindəki mənzil və kommersiya obyektlərinin satışı və icarəsi istiqamətlərində xidmət göstərəcək. Bu, hər iki tərəfin müştərilərinə daha geniş seçim imkanı yaradır.

"Kristal"ın Bakı, Sumqayıt və Xırdalanda yerləşən genişmiqyaslı layihələrindəki mənzillər və müxtəlif təyinatlı kommersiya obyektləri strateji yerləşmə, inkişaf etmiş infrastruktur və gəlirli investisiya potensialı ilə seçilir.

Layihələrdəki kommersiya obyektləri müasir infrastruktur, əlverişli yerləşmə və yüksək inkişaf perspektivi ilə həm bugünkü biznes ehtiyaclarına, həm də gələcəyin uğurlu investisiya planlarına cavab verir. Strateji yerləşmə, intensiv piyada və nəqliyyat axını, müxtəlif kvadratura və plan seçimləri, geniş vitraj şüşələr isə həm görünürlüyü, həm də funksionallığı artıraraq satış, xidmət və xüsusi konseptli fəaliyyət növləri üçün əlavə üstünlüklər yaradır.

Bu əməkdaşlıq eyni zamanda "Kristal" sakinləri üçün əlavə imkanlar yaradır. Mənzilini satmaq və ya kirayəyə vermək istəyən sakinlər, habelə qeyri-yaşayış obyektinin sahibi olan investorlar "REA" vasitəsilə bu prosesi rəsmi və etibarlı şəkildə həyata keçirə biləcəklər. Bundan əlavə, "Kristal"ın təhvili tamamlanmış yaşayış komplekslərində mənzil və ya obyekt axtaranlar artıq həm "Kristal"a, həm də "REA"ya müraciət edə biləcəklər.

"REA" bu əməkdaşlıq çərçivəsində müştərilərə seçimdən sənədləşməyə qədər kompleks məsləhət xidməti təqdim edəcək.

kristal rea əməkdaşlıqKristal daşınmaz əmlak layihələri REAKristal və REA daşınmaz əmlak agentliyiKristal mənzil satışı Bakı Sumqayıt XırdalanREA daşınmaz əmlak agentliyi xidmətləridaşınmaz əmlak satışı və icarəsi AzərbaycanKristal layihələrində mənzil satışı və kirayəAzərbaycanda daşınmaz əmlak əməkdaşlıqları 2026Kristal kommersiya obyektləri investisiyaREA vasitəsilə mənzil satışı xidmətləriBakı daşınmaz əmlak bazarı yeni əməkdaşlıqSumqayıt Xırdalan mənzil bazarı Kristal layihələrikommersiya obyektləri icarəsi Bakı Kristaldaşınmaz əmlak investisiya imkanları AzərbaycanKristal yaşayış kompleksləri mənzil satışları
Seçilən
10
16
marja.az

10Mənbələr