Tikinti sektorunda etibarı və keyfiyyəti ilə seçilən "Kristal" və peşəkar daşınmaz əmlak həlləri təqdim edən "REA" Daşınmaz Əmlak Agentliyi əməkdaşlığa imza atıb.
Publika.az xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində "REA", "Kristal"ın tikintisi və təhvili tamamlanmış layihələrindəki mənzil və kommersiya obyektlərinin satışı və icarəsi istiqamətlərində xidmət göstərəcək. Bu, hər iki tərəfin müştərilərinə daha geniş seçim imkanı yaradır.
"Kristal"ın Bakı, Sumqayıt və Xırdalanda yerləşən genişmiqyaslı layihələrindəki mənzillər və müxtəlif təyinatlı kommersiya obyektləri strateji yerləşmə, inkişaf etmiş infrastruktur və gəlirli investisiya potensialı ilə seçilir.
Layihələrdəki kommersiya obyektləri müasir infrastruktur, əlverişli yerləşmə və yüksək inkişaf perspektivi ilə həm bugünkü biznes ehtiyaclarına, həm də gələcəyin uğurlu investisiya planlarına cavab verir. Strateji yerləşmə, intensiv piyada və nəqliyyat axını, müxtəlif kvadratura və plan seçimləri, geniş vitraj şüşələr isə həm görünürlüyü, həm də funksionallığı artıraraq satış, xidmət və xüsusi konseptli fəaliyyət növləri üçün əlavə üstünlüklər yaradır.
