AZ

Vergi Xidməti Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin Baş Assambleyasında təmsil olunub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 14 may, AZƏRTAC

Dominikan Respublikasının Punta-Kana şəhərində Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CIAT) 60-cı Baş Assambleyası keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti iştirak edib.

DVX-dən AZƏRTAC-a bildirilib ki, Baş Assambleya çərçivəsində Latın Amerikası, Asiya və digər region ölkələrinin vergi administrasiyalarının nümayəndələri arasında vergi inzibatçılığının rəqəmsal transformasiyası, elektron xidmətlərin təkmilləşdirilməsi, avtomatik məlumat mübadiləsi, süni intellekt əsaslı həllərin tətbiqi və rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması istiqamətində geniş təcrübə mübadiləsi aparılıb.

Baş Assambleya zamanı Azərbaycan nümayəndə heyəti xarici ölkələrin vergi administrasiyaları və beynəlxalq təşkilatların təmsilçiləri ilə bir sıra ikitərəfli görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
3
azertag.az

4Mənbələr