WUF13-lə əlaqədar Fransanın nümayəndə heyəti bazar günündən etibarən Bakıda olacaq.
Turkustan.az bildirir ki, bunu APA-ya açıqlamasında Fransanın Azərbaycandakı səfiri Sofi Laqut deyib.
Səfir bildirib ki, səfər çərçivəsində Fransa Xarici İşlər Nazirliyi, Fransa Milli Assambleyası və Senatının nümayəndələri, həmçinin bir sıra akademiklər və Fransanın yerli icra hakimiyyəti orqanlarının təmsilçiləri Bakıda olacaqlar.
Diplomat onu da qeyd edib ki, Fransanın müxtəlif qurumlarının, o cümlədən Fransa Ətraf Mühit Nazirliyi, Fransa İnkişaf Agentliyi, Fransa Ekspertiza Agentliyi, eləcə də yerli özünüidarəetmə orqanları və vətəndaş cəmiyyəti nümayəndələrinin də tədbirdə iştirakı nəzərdə tutulur.