AZ

Səfir: Fransa WUF13-də böyük nümayəndə heyəti ilə iştirak edəcək

WUF13-lə əlaqədar Fransanın nümayəndə heyəti bazar günündən etibarən Bakıda olacaq.

Bunu APA-ya açıqlamasında Fransanın Azərbaycandakı səfiri Sofi Laqut deyib.

Səfir bildirib ki, səfər çərçivəsində Fransanın Xarici İşlər Nazirliyinin, Fransa Assambleyası və Senatının nümayəndələri, həmçinin bir sıra akademiklər və Fransanın yerli icra hakimiyyəti orqanlarının təmsilçiləri Bakıda olacaqlar.

Diplomat qeyd edib ki, Fransa Ətraf Mühit Nazirliyinin, Fransanın müxtəlif qurumlarının, Fransa İnkişaf Agentliyinin, Fransa Ekspertiza Agentliyinin, eləcə də yerli özünüidarəetmə orqanları və vətəndaş cəmiyyəti nümayəndələrinin də tədbirdə iştirakı nəzərdə tutulur.

Seçilən
30
3
apa.az

4Mənbələr