AZ

Hindistanda təbii fəlakət nəticəsində ölənlərin sayı 89-a çatıb

Hindistanın Uttar Pradeş ştatında şiddətli yağışlar və fırtına nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb. Bu barədə India Today telekanalı xəbər verir.

Bildirildiyinə görə, Uttar Pradeşin bir çox yerini bürüyən şiddətli yağışlar və güclü fırtına əhalinin həyatına mənfi təsir göstərməyə davam edir.

Hakimiyyət orqanlarının məlumatına əsasən, fırtına 89 nəfərin həyatına son qoyub, 53 nəfər yaralanıb.

Ən çox ölüm sayı Prayaqraj şəhərində qeydə alınıb, burada 21 nəfər həyatını itirib. Bhadohi rayonunda 14, Fatehpurda isə 11 nəfər ölüb.

Hakimiyyət orqanları əlverişsiz hava şəraitinin elektrik xətlərini və ağacları aşırdığını, çoxsaylı evlərə və nəqliyyat vasitələrinə zərər verdiyini bildirib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
18
9
azerbaijan-news.az

10Mənbələr