AZ

Hindistanda təbii fəlakət: Ölənlərin sayı 89-a çatdı

Hindistanın Uttar-Pradeş ştatında baş verən güclü fırtına və leysan yağışları ağır fəsadlara səbəb olub.  Son məlumatlara görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 89 nəfərə yüksəlib, onlarla insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Editor.az “India Today” nəşrinin yaydığı məlumata əsasən xəbər verir ki, ştatın bir çox bölgəsində müşahidə olunan şiddətli yağış və güclü külək gündəlik həyatı iflic edib. Yerli hakimiyyət orqanları bildirib ki, fəlakət nəticəsində azı 53 nəfər yaralanıb.

Ən çox insan itkisi Prayqraj şəhərində qeydə alınıb. Belə ki, burada 21 nəfər həyatını itirib. Bhadohi bölgəsində 14, Fatehpur şəhərində isə 11 nəfərin öldüyü açıqlanıb.

Rəsmilər həmçinin bildiriblər ki, əlverişsiz hava şəraiti səbəbindən elektrik dirəkləri və ağaclar aşıb, çoxsaylı yaşayış evləri və avtomobillərə ciddi ziyan dəyib. Bölgədə xilasetmə və bərpa işləri davam etdirilir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
14
9
editor.az

10Mənbələr