AZ

Rusiya XİN dən ciddi xəbərdarlıq Ermənistan da siyahıya əlavə edildi

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın tələbi ilə Rusiya vətəndaşlarının xaricdə saxlanılması riski barədə xəbərdarlıq edib.

APA-nın Moskva bürosu Rusiya mediasına istinadən xəbər verir ki, XİN-in ölkə vətəndaşlarının saxlanılma riski olan ölkələr siyahısında Ermənistan da var.

Rusiya XİN-in departament direktoru Qriqori Lukyantsev bildirib ki, xaricə səyahət edərkən rusiyalılar üçüncü ölkələrdən ABŞ-a ekstradisiya ehtimalından xəbərdar olmalıdırlar.

Onun sözlərinə görə, Rusiya vətəndaşlarının ABŞ-ın tələbi ilə saxlanılması riski yüksək olan ölkələrə Avropa və Latın Amerikasının əksər ölkələri, eləcə də Avstraliya, Kanada, Ermənistan, İsrail, Maldiv adaları, Cənubi Koreya, Sinqapur, Tailand, Fici, Şri-Lanka, Liberiya və Mərakeş daxildir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
7
azpolitika.info

8Mənbələr