AZ

Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı

175 nömrəli tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) mayın 14-də pəncərədən yıxılıb.

Publika.az xəbər verir ki, Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Azərbaycan müəllimi"nə məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

Seçilən
11
40
publika.az

10Mənbələr