AZ

Bakıda məktəbdə FACİƏ yaşandı

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda 175 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) mayın 14-də pəncərədən yıxılıb.

Moderator.az xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Qeyd olunub ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb.

"Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - deyə məlumatda vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
22
moderator.az

10Mənbələr