AZ

Nazirlikdən “Dr. Gülü” ilə bağlı araşdırma: Gizli məqamlar...

Özünü “Dr. Gülü” kimi təqdim Gülbadə Abdullayevanın “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsinin olmadığı açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fərdi sahibkar Gülbadə Əliqismət qızı Abdullayevanın fəaliyyət göstərdiyi “Billur Estetik” təsərrüfat subyektində plandankənar yoxlama keçirilib:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq adıçəkilən təsərrüfat subyektində araşdırma aparılıb və mayın 5-də Bakı şəhəri, Nəsimi rayonu, Sarablinski küçəsi 41 ünvanda yerləşən fərdi sahibkar Gülbadə Əliqismət qızı Abdullayevanın fəaliyyət göstərdiyi “Billur Estetik” təsərrüfat subyektində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı aşkarlanan nöqsanlara görə aidiyyəti şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb, İnzibati Xətalar Məcəlləsinin 210.1 və 215.1 maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək müvafiq icraata göndərilib”.

Seçilən
1
7
publika.az

10Mənbələr